RU

Şoltsın Berboka UZANAN ƏLİ: "Arxada nə baş verdiyini bilmirəm"

Almaniyanın xarici işlər naziri Annalena Berbok hökumətin iclasında kansler Olaf Şolzun ona əlini uzatdığı zaman niyə məhəl qoymadığını açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu barədə ZDF-yə müsahibəsində danışıb.

O, arxada nə baş verdiyini bilmədiyini söyləyib.

Bundan əvvəl "Bild" yazıb ki, Şolts Ukraynaya yeni hərbi yardım paketini təsdiqləməkdən imtina etdikdən sonra Berbok nümayişkaranə şəkildə hökumət iclasını tərk edib. Kansler, Berbokun departamentinin Müdafiə Nazirliyi ilə birlikdə bir neçə aydır işlədiyi hərbi yardım layihəsinə veto qoub.

Yeni yardım paketinə üç əlavə "IRIS-T" zenit batareyası, "Patriot" hava hücumundan müdafiə sistemləri üçün idarə olunan raketlərin göndərilməsi, 10 haubitsa və artilleriya sursatları daxil olmalı idi.

Избранный
36
publika.az

1Источники