RU

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının hesabat-seçki qurultayı keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Türkiyə Azərbaycan DərnəkləriFederasiyasının (TADEF) VII hesabat-seçki qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, iki gün davamedən qurultayda TADEF-ə üzv olan 24 dərnəyi təmsil edən 106nümayəndədən 90 nəfəri istirak edib. 24 dərnəkdən 5-i İstanbul, 3-üQars, 3-ü Ankara, 2-si Adana, 2-si Kocaeli şəhərlərini, Eskişehir,Bilecik, Karabük, Antalya, Ədirnə, Hatay, Balıkəsir, Manisa vaİzmir şəhərlərinin hər birini isə bir dərnək təmsil edib.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi iləbaşlayan tədbirdə iki qardaş ölkənin azadlığı və müstəqilliyiuğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi anılıb.

Daha sonra TADEF rəhbərliyinin hesabatı dinlənilib,federasiyanın nizamnaməsinə əlavə və dəyişikliklər layihəsi səsəqoyularaq qəbul edilib. Qurumun yeni İdarə Heyəti və digər seçkiliqurumları formalaşdırılıb. İş adamı Ədalət Turan yekdiliklə yenidənnövbəti müddətə TADEF rəhbəri seçilib. Çıxışlarda Azərbaycandiaspor təşkilatlarının öz fəaliyyətlərində Türkiyə və Azərbaycanprezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin diqqət vəqayğısını hiss etdikləri vurğulanıb, Türk Dünyasının birliyi naminəiki qardaş ölkənin başçılarının siyasətinə dəstək ifadə olunub.

Qurultaydan sonra TADEF-in yeni İdarə Heyətinin toplantısıkeçirilib. İclasda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradov, Türkiyə Böyük Millət Məclisinin deputatı, MilliyyətçiHərəkat Partiyasının sədr müavini İlyas Topsakal da iştirakediblər. Komitə sədri çıxışında qurultayın uğurla baş tutmasımünasibətilə TADEF-ə üzv olan dərnəklərin üzvlərini təbrik edib,yeni seçilmiş İdarə Heyətinə fəaliyyətində uğurlar arzulayıb,növbəti mərhələdə qarşıda duran problemlərdən və onların həlliyollarından söz açıb. Qeyd edib ki, Azərbaycan diaspor təşkilatlarıöz fəaliyyətlərində Prezident İlham Əliyevin “Bizim bir ailəmizvar, o da Türk Dövlətləri Təşkilatıdır” fikrini əsas tutmalı, TürkDövlətləri Təşkilatına üzv olan ölkələrin diaspor təşkilatları iləəlaqələri dərinləşdirməli və vahid platformadan çıxışetməlidirlər.

Sonda bir qrup diaspor fəalına təltif olunduqları “Diasporfəaliyyətində xidmətə görə” medalı təqdim olunub.

Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Türkiyə
Избранный
11
10
az.trend.az

10Источники