RU

Türkiyədə qadın sosial şəbəkədə kişilərlə bağlı ədəbsiz paylaşım etdi: Həbs edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyədə sosial şəbəkədə əxlaqsız paylaşımlar edən Azranur adlı qadın və həyat yoldaşı polis tərəfindən saxlanılıb.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Türkiyə Asayiş Şöbə Müdirliyinin Əxlaq Bürosu İdarəsinin qruplarına sosial mediada bir gündə 100 kişi ilə cinsi əlaqədə olacağını deyən və bəzi saytlarda çılpaq fotolarını dərc edən qadın haqqında məlumat daxil olub.
Azranurun xəstəxanalardan birində plastik əməliyyat etdirəcəyi məlum olub və o, yanındakı iranlı əri ilə birlikdə nəzarət altına alınıb. Bu zaman qadın polisə müqavimət göstərib.
Azranur "ədəbsiz hərəkət", "vəzifə başındakı məmura müqavimət" və "böhtan" maddələri ilə çıxarıldığı məhkəmə tərəfindən həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib, əri isə azadlığa buraxılıb.
Qadının, həmçinin "mülkiyyətə zərər vurma", "vəzifə başındakı məmura müqavimət", üç dəfə "qəsdən xəsarət yetirmə", "hədələmə və təhqir etmə", "ictimaiyyəti nifrət və düşmənçiliyə təhrik etmə" maddələri üzrə polisdə qeydləri mövcuddur. Onun ərinin isə dörd cinayət maddəsi üzrə qeydinin olduğu müəyyən edilib.
Избранный
21
4
oxu.az

6Источники