RU

Partlayışda ağır xəsarət alan 40 yaşlı qadın VƏFAT ETDİ

2024 -cü il dekabrın 14-də səhər saatlarında Şəmkirin Seyfəli kəndində evdə baş verən partlayış zamanı ağır xəsarətlər alan qadın dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Şəhla Əzizova Bakı şəhərində xəstəxanada müalicə alırdı. 

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Həmin partlayış zamanı Şəhla Əzizova ilə birgə onun qızı, 2005-ci il təvəllüdlü A.Əzizova xəsarət almışdı. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Избранный
10
7
bizim.media

9Источники