RU

"Barselona" antirekordunu təkrarlayıb

İspaniyanın "Barselona" klubu ardıcıl doqquz oyunda qol buraxmaqla antirekordunu təkrarlayıb.

 

Sfera.az xəbər verir ki, bu, La Liqanın XX turunda "Xetafe" ilə baş tutan görüşdə (1:1) reallaşıb.

 

Kataloniya təmsilçisi La Liqada ardıcıl doqquzuncu oyunda qapısında top görüb. Belə hal sonuncu dəfə 2018-ci ildə Ernesto Valverdenin rəhbərliyi altında baş vermişdi.

 

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 39 xalla üçüncü yerdədir. "Xetafe" isə 20 xalla 16-cıdır./"report"

Избранный
4
9
sfera.az

10Источники