“Qarabağ” Premyer Liqanın 2024/2025 mövsümündə 50 qol vuran ilk komanda olmaqla yanaşı, son 21 mövsümün rekordunu da təkrarlayıb.
Publika.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubunun yubiley topu 19-cu turun “Şamaxı” ilə ev matçına (3:2) təsadüf edib.
50-ci qol Cəlal Hüseynovun avtoqolu ilə gerçəkləşib.
50 qol üçün “Qarabağ”a 19 matç kifayət edib. Ağdam klubu 2 il əvvəl – 2022/2023 mövsümündə də 50-ci qolunu 19-cu oyununda vurub.