RU

Hitlerin "ingilis qızı"nın qalmaqallı gündəliyi: Sirlər açıldı

Üçüncü Reyxin təbliğat naziri Cozef Qebbels daim Adolf Hitlerin "ingilis qızı"nı ələ salırdı. Çünki o, Benito Mussolinini sevmədiyini demişdi.

Adolf Hitlerin “ingilis sevgilisi” kimi tanınan Uniti Mitford bacılarından birinə məktub yazaraq şikayət edib ki, Nasist Partiyasının baş təbliğatçısı onu faşist İtaliya lideri ilə bağlı fikirlərinə görə təqib edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Uniti Mitfordun İngiltərə nəşri  "Mail Online" tərəfindən nəşr olunan gizli gündəliyində yazılıb.

1936-cı ildə Almaniya və İtaliya hərbi ittifaq imzaladılar və iki güc "Berlin-Roma oxu"nu yaratdı. Bunun ardınca Mussolini 1937-ci ilin sentyabrında Almaniyaya dövlət səfəri etdi. Dərc olunmuş gündəlik qeydlərinin birində Mitford Hitlerin Münhendəki sevimli restoranlarından biri olan "Osteria Bavaria"-da Hitler, Gebbels və digər yüksək rütbəli məmurlarla nahardakı görüşündən yazır.

O, nahar görüşündən daha sonra Britaniya Faşistlər İttifaqının lideri Ser Osvald Mosli ilə evlənən bacısı Dianaya məktub yazıb:

“Düçe Almaniyaya gəlməmişdən bir gün əvvəl fürerlə nahar etdim. Balaca Dr.Gebbels var idi. Fürerdən başqa hamı Mussonu sevmədiyimi dediyim üçün mənə hücum edəndə olduqca fırtınalı bir səhnəmiz oldu”. 

Mitford ingilis sosialist, əsgər və torpaq sahibi kimi tanınan Lord Redesdalenin dördüncü övladı idi.

Tarixi məlumatlara görə, Hitler ingilisləri Mussolini haqqında şübhələri olduğuna inandırmaq üçün Mitforddan rupor kimi istifadə edib.

Onun 80 ildən çox müddət sonra aşkar edilən və "Mail Online" tərəfindən nəşr olunan, dəri ilə örtülmüş gündəliyi Hitlerin ən yüksək səviyyəli sirdaşlarının heç də hamısının Mitford və Hitlerin bir-birlərinə qarşı hiss etdikləri eyni hissi paylaşmadığını ortaya qoyub. Bir sıra yüksək rütbəli nasist məmurları hesab edirdilər ki, Hitler tək qalanda Mitfordun sirlərini aça bilər.

İngiltərə Almaniyaya müharibə elan edəndə Mitford o qədər sarsılmışdı ki, Münhendəki "İngilis bağı"nda özünü başından vurdu.  33 yaşlı qız intihara cəhd etdikdən sonra  Hitlerin onun müalicəsi üçün pul ödədiyi bildirilir. Lakin onun beyninin sol yarımkürəsi zədələnmiş və güllə kəllə sümüyünün içinə girmişdi. O, Britaniyaya qayıtdı və 1948-ci ildə öldü.

Xəzər

"Cebheinfo.az"

Избранный
46
4
cebheinfo.az

6Источники