RU

Zelenski: Ötən həftə Rusiya Ukraynaya 60 raket, 660-dan çox aviabomba, 55-ə yaxın dron atıb

Kiyev, 20 yanvar, AZƏRTAC

Rusiya bir həftə ərzində Ukraynaya yüzlərlə pilotsuz təyyarə, bomba və onlarla raket atıb. Ukrayna Müdafiə Qüvvələri 33 raket və 300-dən çox pilotsuz uçan aparatı məhv edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat yayıb.

“Təkcə bu həftə Ukrayna Müdafiə Qüvvələri səmamızda 33 raket, o cümlədən ballistik raketlər və 311 hücum pilotsuz təyyarəsini vurub”, - deyə dövlət başçısı qeyd edib.

Daha 136 pilotsuz uçan aparatı hədəflərinə çata bilməyib. Zelenski Ukrayna səmasını qoruyan əsgərlərə təşəkkür edib.

Prezidentin sözlərinə görə, cəmi bir həftə ərzində Rusiya ordusu 550-yə yaxın hücum dronu, 60-a yaxın müxtəlif tipli raket və 660-dan çox aviabombadan istifadə edib. Zelenski tərəfdaşlarını Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.

"Ukrayna üçün daha çox “Patriot” sistemi həyatın daha çox müdafiəsi deməkdir”, - deyə o əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Избранный
30
50
azertag.az

10Источники