RU

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Rusiya

“Aeroflot” aviaşirkətinin Moskva (SVO) – Dubay marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib."Ulusum".az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aerportunun mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.Boeing 737-800 təyyarəsi yerli vaxtla saat 06:27-də hava limanına uğurla eniş edib. Sərnişinə operativ şəkildə zəruri tibbi yardım göstərilib.Qeyd edək ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Diqqət Çəkənlər

Ədalət Partiyasi 20 yanvar faciəsinin növbəti il dönümü ilə bağlı bəyanət yayib

Yonhap: Yun Sok Yol tərəfdarlarını məhkəmədə baş vermiş dağıntılardan sonra sülh yolu ilə etirazlar etməyə çağırıb

ABŞ-da TikTok qadağan edilib

Избранный
4
26
ulusum.az

10Источники