RU

“20 Yanvar olmasa idi, Qarabağda şəhid olacaqdı...” – Bacısıoğlunun İlham Allahverdiyevlə bağlı XATİRƏLƏRİ

“İlham qəhrəman, mərd oğlan idi. O, hər zaman vətənimiz üçün canını fəda etmək istəyirdi. Düşünürəm ki, 20 Yanvar olmasa, o, Qarabağda şəhid olacaqdı”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında 20 Yanvar Şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev deyib.
 

MÖVZU İLƏ BAĞLI:

20 Yanvar faciəsindən 35 il ötür


O, dayısı ilə bağlı xatirələrindən danışıb:

“Bu gün 20 Yanvar faicəsindən 35 il keçməsinə baxmayaraq, xalqımız öz şəhidlərini qürur və ehtiramla yad edir. Vətən şəhidləri ilə ucalır. Bu gün onların ruhları şaddır. Torpaqlarımız işğaldan azad olunub, İlhamın anadan olduğu Ağdam şəhərində üçrəngli bayrağımız dalğalanıb. 35 keçməsinə baxmayaraq Azərbaycan xalqı öz şəhidlərini utunmur. 20 Yanvar şəhidləri azadlıq simvollarıdır”, - deyə E.Əliyev əlavə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

Избранный
2
1
bizim.media

10Источники