Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və Gürcüstan səfirliyinin əməkdaşları ilə birlikdə 35 il əvvəl vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib.
Hafta.az-ın yazdığına görə, Gürcüstanın ölkəmizdəki Səfirliyinin yaydığı məlumatda deyilir: "1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə qarşı vəhşicəsinə basqınları nəticəsində dinc sakinlər öldürüldü. Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri “Şəhidlər xiyabanı”nda Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarlarına gül-çiçəklə bəzədilər.
20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub".