RU

Ağdamda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib - FOTOLAR

Ağdamda 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, “Şəhidlər” Abidə Kompleksinin qarşısında baş tutan mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusu tərəfindən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından geniş söhbət açmışlar. Sonda tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər. 
Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Избранный
10
1
unikal.az

10Источники