RU

Türkiyənin Hələb Baş konsulluğu yenidən fəaliyyətə başlayıb

İstanbul, 20 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Suriyanın Hələb şəhərindəki Baş konsulluğu 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə ilə Suriya arasındakı diplomatik münasibətlər 2012-ci ildə dayandırılmışdı. Suriyadakı Əsəd rejimi devrildikdən sonra yeni hökumətin fəaliyyətə başlaması ilə bu münasibətlər bərpa edilib. Ötən il dekabrın 14-də Türkiyənin Dəməşq şəhərindəki səfirliyi yenidən fəaliyyətə başlayıb.

Hələbdəki Baş konsulluğun açılış mərasimində Türkiyənin Dəməşq şəhərindəki səfiri də iştirak edib.

Избранный
31
50
azertag.az

10Источники