RU

Ağdamda “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzülüb

Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin 35-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Ağdam rayonunda da böyük ehtiramla yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri “Şəhidlər" abidə kompleksinin önünə tər qərənfillər düzüblər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının ruhuna dualar oxunub.

Ümumrayon anım mərasimində çıxış edənlər xalqımızın azadlıq mübarizəsindən, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, faciəyə yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 Yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından bəhs ediblər.

Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

Избранный
4
1
xalqqazeti.az

2Источники