20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad olunmuş Xankəndi şəhəri, Xocalı rayonu və Əsgəranda da yad edilib.
Bu gün saat 12:00-da şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Xankəndi şəhəri və Xocalı rayonu ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.
Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.