RU

Energetika Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Energetika Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə "İki sahil"ə nazirlikdən məlumat verilib.

"Energetika Nazirliyinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanına gedərək 20 Yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canını qurban vermiş vətən övladlarının məzarlarını ziyarət edib, ölməz ruhları qarşısında ehtiramlarını bildiriblər.

Şəhidlərin məzarları önünə güllər düzülərək əziz xatirələri hörmətlə yad edilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Избранный
4
7
ikisahil.az

8Источники