RU

“O gecədə doğulanlara qara gecənin işıqlı sabahı deyirmişlər” – FOTOLAR

“Bu gecə daha bir yaşımı geridə qoyacağam. Bir az daha böyüyəcəyəm. Tək diləyim gələn hər yeni yaşımı sağlam və sevdiklərimlə birgə qarşılamaqdır. 20.01.1990”.

Bu sözləri aparıcı Jalə Həsənli sosial şəbəkə hesabında yazıb. 20 Yanvar gecəsi dünyaya gələn aparıcı paylaşımında bunları əlavə edib:

“Bu gecə o şanlı tarixin də, mənim də 35-imiz tamam olur. O gecə doğulan körpələrə mübarizlər, şahidlər, qara gecənin işıqlı sabahı deyirmişlər. 35-imi ağ rəngin içində qarşılamağımın da əsas səbəbi budur. O qaranlığa ümid kimi yanan şamı simvolizə etmək istədim. Bu tarix qara adlandırılsa da, mənə həmişə mübariz və qorxmaz olmağım üçün işıq saçıb, güc verib. Allah həm o qanlı gecədə, həm də vətənimizin işıqlı sabahları üçün canlarından keçən bütün şəhidlərimizə rəhmət etsin.

 

Mənə gəldikdə isə… 35 ilimə çoxlu dostlar, gözəl təcrübələr, biliklər, səyahətlər sığdırmışam. İnşallah, bu sayın daha da artmasını diləyirəm. Həyatı rəngarəng sevirəm, gözümdə heç solmamasını diləyirəm. Sevgi, hörmət qazanmışam, bu dəyərə layiq qalmağı diləyirəm. Şamımızın nə vaxt sönəcəyi bəlli deyil, sönəndə arxamca rəhmət qazanmağı diləyirəm”.

 

Избранный
5
5
tribunainfo.az

6Источники