RU

Bu tarix qara adlandırılsa da, mənə həmişə güc verib

“Bu gecə o şanlı tarixin də, mənim də 35-imiz tamam olur. O gecə doğulan körpələrə mübarizlər, şahidlər, qara gecənin işıqlı sabahı deyirmişlər. 35-imi ağ rəngin içində qarşılamağımın da əsas səbəbi budur. O qaranlığa ümid kimi yanan şamı simvolizə etmək istədim. Bu tarix qara adlandırılsa da, mənə həmişə mübariz və qorxmaz olmağım üçün işıq saçıb, güc verib. Allah həm o qanlı gecədə, həm də vətənimizin işıqlı sabahları üçün canlarından keçən bütün şəhidlərimizə rəhmət etsin”.

OLAY yazır ki, bu sözləri tanınmış aparıcı Jalə Həsənli sosial mediada yazıb. 1990-cı il 20 Yanvar tarixində dünyaya göz açdığını deyən aparıcı həyat yoldaşı və oğlu ilə kamera qarşısına keçib. O, 20 Yanvarın Azərbaycan tarixində əhəmiyyətindən söz açıb, həm də bu günün onun güclü bir insan kimi formalsşmasına təsir etdiyini vurğulayıb: 

“Mənə gəldikdə isə…35 ilimə çoxlu dostlar, gözəl təcrübələr, biliklər, səyahətlər sığdırmışam. İnşallah bu sayın daha da artmasını diləyirəm. Həyatı rəngarəng sevirəm, gözümdə heç solmamasını diləyirəm. Sevgi, hörmət qazanmışam, bu dəyərə layiq qalmağı diləyirəm. Şamımızın nə vaxt sönəcəyi bəlli deyil, sönəndə arxamca rəhmət qazanmağı diləyirəm. 

İndidən təbrik yazan, xoş diləklərini çatdıran hər kəsə təşəkkür edirəm. Yaxşı ki, varsınız!”

 

Избранный
3
5
olay.az

6Источники