RU

Şirvanda ağır qəza: 5 nəfər xəsarət aldı

Yanvarın 20-də Şirvan şəhər Salyan döngəsi adlanan ərazidə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 5 nəfər (2 kişi cinsli, 3 qadın cinsli olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Bildirilib ki, onlara müxtəlif dərəcəli bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilib. Daxili qanaxma səbəbilə 1 nəfər üzərində cərrahi əməliyyat icra edilib.

Hazırda tibb müəssisəsinin aidiyyəti şöbələrində 4 nəfərin stasionar müalicəsi davam etdirilir, 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

Избранный
7
3
bizim.media

4Источники