Kürdəmirdə evində tək yaşayan 66 yaşlı kişini cərəyan vurub öldürüb.
Bizim Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Şıxımlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Nizami Şəməddin oğlu Qarayev yaşadığı evdə elektrik cərəyanı vurması nəticəsində ölüb. Qonşuların sözlərinə görə, mərhum evində tək yaşayıb və yaxın vaxtlarda Rusiyaya ailəsinin yanına gedəcəkmiş.
Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта