RU

Hindistanda pələng fermerə hücum edərək onu parçalayıb

Hindistanda

Hindistanın Uttar-Pradeş ştatında pələng fermeri parçalayib. Bu barədə Hindustan Times məlumat yayıb.Yanvarın 19-u, bazar günü, 55 yaşlı kəndli Şivdhar Çauhan Katanriagat qoruma sahəsində odun toplamağa gedib və geri qayıtmayıb. Ailəsi və kəndliləri onu axtarmağa başlayıb və sıx kollarda onun bədəninin üst hissəsi və başını tapıblar. Qısa müddətdə bu hissələrin Çauhana aid olduğu məlum olub. Çauhanın ailəsinə beş min rupi birdəfəlik yardım verilib. Kənd sakinləri hakimiyyətdən gələcəkdə insanların və vəhşi heyvanların qarşılaşmalarının qarşısını almaq üçün tədbirlər görmələrini tələb ediblər.Hindustan Times yazır ki, bu, Katanriagat qoruma sahəsində bir həftə ərzində insanlar üzərində ikinci yırtıcı hücumudur. Yanvarın 16-da, cümə axşamı, pələng burada səkkiz yaşlı məktəbli qıza hücum edib. Qızın həyatını xilas etmək mümkün olmayıb.Səidə

Diqqət Çəkənlər

Bu gün 20 YANVAR günüdür

ABŞ-da yeni seçilmiş prezident Donald Trampın rəsmi inauqurasiya mərasimi keçirilir - VİDEO

Xoşbəxtliyi hiss etməyə kömək edəcək "yavaş" həyat fəlsəfəsini öyrənək

Избранный
19
ulusum.az

1Источники