RU

Rusiya miqrantlara qarşı cəzaları sərtləşdirmək istəyir - ÖZƏL

Rusiya miqrantları daha sərt cəzalandırmaq istəyir. 

Olaylar.az xəbər verir ki, bu barədə hökumətin müvafiq qanun layihəsini təsdiq etməsi barədə Tsarqrad telekanalı məlumat yayıb.

Sənəd ağırlaşdırıcı hal kimi əcnəbilərin Rusiya ərazisində qeyri-qanuni olmasını nəzərdə tutur. Bu, işə məhkəmə və ya inzibati yurisdiksiya tərəfindən baxılarkən daha ağır cəzanın tətbiqinə səbəb olur. Rusiyanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi gözlənilir.

Nazirlər Kabineti sənədi ümumən dəstəkləyib, onun iradlara uyğun yekunlaşdırılmasının zəruriliyini qeyd edib.

2024-cü ildə Rusiyanın 30-dan çox regionu miqrantların işinə məhdudiyyətlər tətbiq edib. Onlardan biri Belqorod vilayəti idi . 2025-ci ildən etibarən bölgədə patentlə işləyən əcnəbilərə vergi ödəməyə və satıcı işləməyə icazə verilməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
25
50
olaylar.az

10Источники