İspaniya La Liqası təmsilçisi "Real"ın transfer planı baş tutmayıb.
Apasport.az xəbər verir ki, "kral klubu" Alfonso Deyvisi heyətinə qata bilməyib.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
O, bildirib ki, "Bavariya" futbolçusunu komandada saxlamağı bacarıb. Tərəflər nəhayət ki, razılığa gələ biliblər.
Münhen təmsilçisi cinah müdafiəçisi ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq. Sözləşmə 2030-cu ilin yayına qədər nəzərdə tutulacaq.
Qeyd edək ki, Deyvis 2018-ci ildən Almaniya klubunun şərəfini qoruyur.
"Vest Hem" qiyməti qaldırdı: Barış Alper üçün 30 milyon avro
"Trabzonspor" bu mövsüm ilk dəfə bunu bacardı
Premyer Liqa: "Çelsi" uğursuz seriyaya son qoyub
"Qalatasaray"dan Asensio bombası
Okan Burukun istədiyi hücumçu Bundesliqa klubuna keçir