RU

Azərbaycanda bəzi tikinti materiallarının istehsalı artıb - Cədvəl

Ötən il ərzində Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində bir çox məmulatlarda artım müşahidə edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox artım betondan kərpiclər, betondan yığma tikinti konstruksiyaları və oxşar məmulatlarda olub. Belə ki, bu məmulatların istehsalında ötən il 40,7% artım müşahidə olunub.

İstehsalda azalma isə ən çox əhəngdə müşahidə edilib. Belə ki, ötən il ərzində Azərbaycanda 29,4 min ton əhəng istehsal edilib ki, bu da, əvvəlki illə müqayisədə 35,6% azalma deməkdir.

Ötən ilə ərzində Azərbaycanda istehsal edilən tikinti materialları ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Məhsul növləri

2024-cü ildə istehsal edilib

Əvvəlki illə müqayisə, faizlə

 

Tikinti şüşəsi, min kv. metr

10024,6

14,3

 

Tikinti kərpicləri, min kub metr

622,3

0,7

 

Sement klinkerləri, min ton

4480,0

15,8

 

Sement, min ton

4028,1

1,6

 

Əhəng, min ton

29,4

-35,6

 

Gips məmulatları, min ton

123,6

-1,2

 

ondan tikinti gipsi, min ton

103,0

12,3

 

Sementdən, betondan kərpiclər və oxşar məmulatlar, min ton

157,6

40,7

 

Betondan yığma tikinti konstruksiyaları, min kub metr

46,3

12,1

 

Beton, min ton

5018,3

12,1

 

Asfalt, min ton

141,8

-15,4

 

Əvəz Həsənov

Избранный
12
valyuta.az

1Источники