RU

Azərbaycan rəsmiləri Davosda Rikardo Hausmanla görüşüblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dövlət başçısının Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Prezidentin köməkçisi Şahmar Mövsümov və Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov ilə birlikdə Harvard Universitetinin "Growth Lab" Beynəlxalq İnkişaf Mərkəzinin direktoru Rikardo Hausman ilə növbəti dəfə görüşməkdən məmnun olduq".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında yazıb.
"İqtisadiyyat Nazirliyi ilə Harvard Universitetinin COP29 çərçivəsində səmərəli əməkdaşlığı, dayanıqlı iqtisadiyyatın təşviqi sahəsində aparılan təhlillərin əhəmiyyəti, birgə təşəbbüslər və növbəti addımlar barədə danışdıq", - nazir əlavə edib.
Избранный
30
38
oxu.az

10Источники