RU

Dövlət Baxçalı hoteldəki yanğınla əlaqədar başsağlığı verdi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğınla bağlı başsağlığı verib.Missiya.Az xəbər verir ki, o, bu barədə öz sosial media hesabında paylaşım edib:

"Bolu Kartalkaya Xizək Mərkəzində səhər tezdən baş vermiş yanğın xalqımızı dərindən kədərləndirdi. Bu faciəvi hadisədə həyatını itirən vətəndaşlarımıza Allah rəhmət eləsin, yaralılar da tezliklə sağalsınlar. Ölənlərin kədərli ailələri başda olmaqla, əziz millətimizin başı sağ olsun".

Zərintac MayisqızıMissiya.Az

Избранный
13
missiya.az

1Источники