İmişli rayonu Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alaraq Yeni Klinikaya yerləşdirilən bir məktəblinin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir.
Viral.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstənin müalicəsi travmatoloq və neyrocərrah konsultasiyaları ilə davam etdirilir. Uşaq reanimasiya və intensiv terapiya şöbəsində süni tənəffüs və yüksək inotrop dəstəyi alır.
Son Yazılar:
- İmişlidəki qəzada xəsarət alan məktəblinin vəziyyəti ağırdır
- Mahsun Kırmızıgül yanan oteldən danışdı: “Ölüm-dirim mübarizəsi gedirdi…”
- İsrailin Baş Qərargah rəisi istefa VERƏCƏK
Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş vermiş qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb.