RU

Fərid Səfərlinin anası "Xəzər Xəbər"ə açıqlama verib VİDEO

"Azərbaycan dövlətinin oğlumu azadlığa buraxdıracağına inanırdım".

Bunu İranda casusluq ittihamı ilə həbs edilmiş və 3 gün əvvəl ölkəyə qaytarılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Səfərova "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Xezerxeber.az-ın məlumatına görə, o bildirib ki, oğlunun həbsdən azad olunması məsələsi bu müddət ərzində daim Azərbaycanın xüsusi olaraq diqqətində saxlanılıb.

Fərid Səfərlinin anası Dilarə Səfərova bildirib ki, oğlunun azad olunmasında ölkə rəhbərinin rolu böyükdür.

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb. Prezidentinin tapşırığına uyğun olaraq o beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq Azərbaycana qaytarılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

 

 

 

Избранный
11
xezerxeber.az

1Источники