RU

Dayanıqlı gələcək üçün torpaqları qoruyaq!

Torpaq yer üzərindəki bütün canlılar üçün həyati əhəmiyyət daşıyır. Ekosistemlərin, təbiətin tarazlığının və insanların yaşayış şəraitinin əsasını təşkil edən torpaq, həmçinin qida təhlükəsizliyi, təmiz su mənbələri və bioloji müxtəliflik üçün mühüm rol oynayır. Buna baxmayaraq, quraqlıq, səhralaşma və torpaqların deqradasiyası planetimiz və bəşəriyyət üçün getdikcə artan təhlükəyə çevrilir.  

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına əsasən, torpağın deqradasiyası dünya əhalisinin təxminən 40%-nə, xüsusilə həssas sosial təbəqələrə daha çox təsir göstərir.
Təbiətdən və onun resurslarından istifadə edərkən ekoloji məsuliyyətlə yanaşmağımız vacibdir. Gələcək nəsillərə münbit torpaqların miras qalmasını təmin etmək üçün düzgün idarəetmə və dayanıqlı təcrübələrə üstünlük verilməlidir. Bu yanaşma yalnız təbiəti qorumaqla kifayətlənmir, eyni zamanda qlobal ekoloji tarazlığı və insanların rifahını dəstəkləyir. Ekologiya.az
Избранный
9
ekologiya.az

1Источники