Xatırlayırsızsa, dekabrın 17-də AFFA-nın rəsmi saytında futbol ictimaiyyətinin gözləmədiyi xəbər dərc edildi.
Məlum oldu ki, İcraiyyə Komitəsi əvvəlcədən elan vermədən, gündəlikdə olan məsələləri açıqlamadan axşam saatlarında iclas keçirib.
Bilindiyi kimi, komitə üzvlərinin yanvar ayında da bir araya gələcəyi, futbolumuzun müqəddəratına birbaşa təsir göstərəcək mövzularla bağlı ciddi qərarlar verəcəyi gözlənilir. Hətta həmin iclasın bu gün baş tutacağı haqda iddialar var.
İnformasiyanın doğru olub-olmadığını dəqiqləşdirmək məqsədiləAFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədliyə müraciət etdik.
O, “Football-plus.az”a açıqlamasında iclasın bu gün keçirilməyəcəyi, dəqiq tarixin hələ bəlli olmadığını dedi.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта