RU

Barmaqlar gecə niyə uyuşur?


Barmaqlarda uyuşma səbəblərindən biri narahat yuxu mövqeyi ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə terapevt Zoui Uilliams “The Sun”a danışıb.
Həkim izah edib ki, gecələr barmaqlarda uyuşma çox vaxt əllərdəki sinirlərin sıxılmasının əlamətidir:
“Baş barmağınız, şəhadət və orta barmaqlarınız uyuşursa, bu, orta sinirin sıxılmasına səbəb olan bilək kanal sindromunu göstərə bilər. Üzük barmağında və kiçik barmaqda uyuşma varsa, çox güman ki, dirsək siniri sıxılmışdır”.
Həkim vurğulayıb ki, ən çox sinir sıxılması yuxu zamanı əzaların narahat mövqedə qalması və ya dirsəkə uzun müddət güc düşməsi nəticəsində yaranır.
Избранный
15
yeniavaz.com

1Источники