RU

Hərbi cinayətlərdə təqsirləndirilən general azadlığa çıxdı

Hərbi cinayətlərdə ittiham olunan liviyalı general Usama Nacim azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, Nacim İtaliyada Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) orderi ilə həbs olunmuşdu.

"Guardian" xəbər verir ki, Almasri adı ilə tanınmış Nacim yanvarın 20-də Turində həbs olunmuşdu. General ora "Yuventus"la "Milan" arasındakı futbol matçına baxmaq üçün getmişdi.

BCM generalı hərbi və bəşəri cinayətlərdə ittiham edirdi. Amma İtaliya hüquq-mühafizə orqanları ilə baş verən bürokratik narazılıq nəticəsində Roma Apellyasiya məhkəməsi Nacimin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.


Müəllif: Teleqraf.com
Избранный
30
teleqraf.com

1Источники