RU

"Milan" futbolçusu ilə müqaviləyə XİTAM VERDİ

"Milan" futbolçusu Fode Ballo-Ture ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

28 yaşlı seneqallı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, 2024-ci ilin iyul ayından İtaliya klubunun əvəzedici komandasında çıxış edib və 3 oyuna çıxıb. 


Qeyd edək ki, Fode Ballo-Ture ötən mövsümün sonunda "Fulhem"də icarədən qayıtmışdı. O, "Milan"a 2021-ci ildə "Monako"dan transfer olunub. 

Bizim.Media

Избранный
8
50
bizim.media

10Источники