RU

ABŞ-da mühacirlərə qarşı reydlər başladı

ABŞ-da qeyri-qanuni mühacirlərin saxlanılması üçün reydlər başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bunu CNN telekanalında prezident Donald Tramp administrasiyasının sərhəd təhlükəsizliyi məsələləri üzrə kuratoru Tomas Homan deyib.

"Bəli, İmmiqrasiya və Gömrük Xidməti bu gün artıq qanunu tətbiq edir. Bu, bizim prioritetimiz olacaq", - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda tərəfdarları qarşısında çıxış edərək qeyri-leqal miqrantların Meksika ilə sərhəddən ölkəyə gəlməsini dayandıracağını vəd etmişdi.

Tramp ABŞ Konqresinin mərkəzi zalında inaqurasiya nitqi zamanı Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.

Избранный
22
48
operativmm.az

10Источники