Sumqayıtda "Mercedes" məişət tullantısı daşıyan avtomobilə çırpılıb.
APA xəbər verir ki, hadisə şəhərin "Çerkassi" küçəsində qeydə alınıb.
Eyni istiqamətdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində 2 nəfər ağır xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![Sumqayıtda](https://apa.az/storage/news/2025/january/22/small/67907fa2ab5ac67907fa2ab5ad173752310667907fa2ab5aa67907fa2ab5ab.jpeg)