RU

Qayınanasının evində arvadını bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Qulam Hacıyevin (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı şərti hökmü dəyişdirilib və ona 2 il 2 ay 7 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınıb.


İttihama görə, Qulam Hacıyev orta dərəcəli sərxoş vəziyyətdə 08 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində qaynanasının paytaxt ərazisində yerləşən evə gəlib. O, arvadı, zərərçəkmiş Kəmalə Hacıyeva (şərti) ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə 3 dəfə qəsdən vuraraq xəsarət yetirib.


Hadisədən sonra Qulam Hacıyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilərkən məhkəmə zalından azadlığa buraxılmışdı.


Kamal Məmmədov 

Tarix: 22 Yanvar 2025, 09:26   
Избранный
34
13
pravda.az

10Источники