Türkiyənin Bolu şəhərinin Kartalkaya Xizək Mərkəzindəki “Grand Kartal” hotelində baş verən yanğın ölkəni yasa boğub.
76 nəfərin ölümünə səbəb olan hotelin rəhbəri vədigər 8 nəfər saxlanılıb.
Hadisə baş verməmişdən 3 gün əvvəl Kartalkayadakı "Grand Kartal" hotelinin sahibi və eyni zamanda Qərb Qaradəniz Turizm hotelciler Dərnəyinin sədri Halit Ergülyerli mətbuata açıqlama verib.
DHA-ya danışan Ergül, "Bütün hotellər hazırlıqlarını görüb və qonaqlarını gözləyir. Tətildə hotelin qiymətləri gecəlik 18 min-50 min TL-yə arası dəyişir.Və bütün yamaclar açıqdır, uşaqlar üçün xizək məktəbləri var. Qonaqların əylənməsi üçün hər cür şərait var. İnsanları gözləyirik", - deyib.
Mənbə: unikal.az