RU

Azərbaycan üçün yeni hədəflər: Davos İqtisadi Forumunun əhəmiyyəti nədir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Prezident İlham Əliyevin Davosa səfəri uğurla davam edir. Səfər çərçivəsində dövlət başçımız bir sıra dövlət və qlobal şirkətlərin rəhbərləri ilə ikitərəfli görüşlər keçirir. Ən əsası isə bu görüşlər qarşı tərəflərin müraciətləri əsasında baş tutur. Bu, Azərbaycan dövlət başçısının və ölkəmizin beynəlxalq səviyyədə günü-gündən artan nüfuzunun və etimadının göstəricisidir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.
Onun sözlərinə görə, yanvarın 21-də keçirilən görüşlərin tərkibinə nəzər salsaq, Prezident İlham Əliyevin Almaniya, İsrail, Latviya, İraq prezidentləri və İraq Kürdüstan regionunun baş naziri ilə görüşlər keçirdiyini, görüşlərdə dövlət və hökumət başçılarının ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı müzakirələr apardığını görərik:
"Bu istiqamətdə dövlət başçımız həm də bir çox beynəlxalq şirkətlərin rəhbərlərini də qəbul etdi. Təbii ki, bu görüşlər beynəlxalq şirkətlərin ölkəmizə olan marağından irəli gəlir. Beynəlxalq şirkətlər Azərbaycanın iqtisadi potensialı, biznes mühiti ilə tanış olur və investisiyaların yatırılması ilə bağlı məsələlər üzərində düşünürlər. Çünki Azərbaycan bu gün investisiyaların yatırılması üçün çox əlverişli ölkədir. İqtisadiyyatımız dinamik inkişaf edir, siyasi sabitlik təmin olunub, iqtisadi potensialımız yüksəkdir və kommunikasiyalara əlçatanlığı təmin olunub. Bu baxımdan, beynəlxalq şirkətlərin Azərbaycanla əməkdaşlıq etməkdə maraqları artmaqdadır. Dövlət başçımızla görüşlər zamanı şirkət rəhbərləri ölkəmizdə görülə biləcək işlərlə bağlı təkliflər də irəli sürüblər".
"Yəni Davos İqtisadi Forumu bütün iştirakçılar üçün olduğu kimi, Azərbaycan üçün də özünü təqdimetmə və yeni əməkdaşlıqların qurulması üçün çox əhəmiyyətli bir platformadır. Görüşlərin intensiv xarakter alması və qarşı tərəflərin müraciəti ilə baş tutması isə ilk növbədə Prezident İlham Əliyevin şəxsiyyətinə böyük hörmət və onun nüfuzunun göstəricisidir".
Deputat Vüqar Bayramov da Oxu.Az-a açıqlamasında bildirib ki, Davos İqtisadi Forumu həm təşkilatçılıq səviyyəsində, həm də statusuna görə dünyanın ən böyük forumu hesab olunur:
"Bu baxımdan, həm Azərbaycan Davos İqtisadi Forumuna xüsusi önəm verir, həm də forum üçün Azərbaycan xüsusi önəm kəsb edən ölkələrdəndir. Məhz bir neçə il əvvəl forumun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə toplantısının ilk dəfə olaraq Cənubi Qafqazda, həm də Bakıda təşkil olunması Azərbaycana göstərilən xüsusi diqqətin təsdiqidir. Budəfəki toplantı isə həm də çox fərqli və yeni çağırışlara uyğun məsələlərin müzakirəsi ilə yadda qalır. Bir tərəfdən, İlham Əliyevin status baxımından keçirdiyi kifayət qədər yüksəksəviyyəli görüşlər, eyni zamanda, aparılan müzakirələrdə Azərbaycanın mövqeyinin təqdim olunması, xüsusən də bu görüşlərin qarşı tərəflərin istəyi ilə keçirilməsi ölkəmizə və Prezidentimizə olan xüsusi diqqətdir".
"Ölkə başçısının görüşdüyü şirkətlərin də əhəmiyyətini nəzərə alsaq, deyə bilərik ki, bu, region üçün və qlobal məsələlər baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin şirkətlərlə əməkdaşlıq istiqamətində Azərbaycanın təqdim etdiyi ideyalar isə forumda iştirak edən şirkətlər üçün yeni imkanlar yaradır və əbəs deyil ki, həmin şirkətlər də öz istəkləri ilə Prezident İlham Əliyevlə görüşərək Azərbaycanla əməkdaşlığın gücləndirilməsində, ölkəmizə sərmayə qoyuluşlarında maraqlı olduğunu bildirir. Təbii ki, bu, Azərbaycanın gücünü və ölkəmizin Prezidentinin yüksək liderlik qabiliyyətini bir daha təsdiq edir", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
Избранный
14
50
oxu.az

10Источники