Kayseridə atası tərəfindən tüfənglə vurulan 7 yaşlı uşaqdan acı xəbər gəlib.
Sherg.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Melikqazi rayonu Gesi Fatih məhəlləsindəki evdə baş verən hadisə zamanı Volkan Koç tüfəngdən 7 yaşlı oğlu Dəmir Koça atəş açıb.
Ağır yaralanan uşaq təcili yardımla Kayseri şəhər xəstəxanasına aparılıb, ata Volkan Koç isə qapıları bağlayaraq özünü evə qapadıb.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və tibbi briqadalar göndərilib. Polis ətrafda təhlükəsizlik tədbirləri görərək atanı təslim olmağa razı salmağa çalışıb.
Qrupların 4 saat çalışdıqdan sonra ata təslim olub. Nəzarətə alınan ata Volkan Koç məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.

Başından ağır yaralanan Dəmir Koç müalicə aldığı xəstəxanada 2 günlük həyat mübarizəsindən sonra vəfat edib.
Volkan Koçun ifadəsində silahı təmizləyərkən əlində açıldığını və səhvən oğlunu vurduğunu ifadə etdiyi qeyd olunur. Hadisə ilə bağlı araşdırma davam edir.