RU

Yanan oteldən yoldaşı və 4 uşağını görün necə çıxardı- FOTO-VİDEO

Boluda oteldə baş verən yanğında 4 uşağını və həyat yoldaşını mələfələri bir-birinə bağlayaraq xilas edən şəxs danışıb. AzPost Türkiyə mətbuatına istinadla xəbər verir ki,  Bolu Kartalkaya xizək kurortunda 238 nəfərin qaldığı Grand Kartal otelində baş verən yanğında 76 nəfər həyatını itirib.

Türkiyəni şoka salan fəlakətdə alov bütün binanı bürüdükdən sonra 4 uşağını və həyat yoldaşını mələfələri bağlayaraq xilas edən Ömər Sarı adlı vətəndaş həmin anları göz yaşları ilə izah edib.

Yanğın nərdivanının çöldə deyil, içəridə olduğunu bildirən Ömər Sarı, “Yanğın zamanı içəridəki yanğın nərdivanına doğru getdik. Tüstü gəldiyini görüb geri döndük. Mələfələri asaraq 8-ci mərtəbədən 4 uşağım, yoldaşım və mən çıxdıq.

Hadisə zamanı yanğın siqnalının səslənmədiyini bildirən Sarı, “Çiləmə qurğuları da işləmirdi. Allaha şükürlər olsun ki, kimsə qapıları döydü və yuxudan bizi oyatdı. Yoxsa içəridə yanacaqdır” – deyə Sarı bildirib.

Избранный
2
1
azpost.info

2Источники