İranın Həmədan əyalətində hərbi təyyarə qəzaya uğrayıb, iki pilot xəsarət alıb.
Publika.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi (İRNA) məlumat yayıb.
Məlumata görə, qəzadan əvvəl təyyarəni tərk edən pilotlar xəstəxanaya çatdırılıb.
Həmədan valisinin müavini Həmzə Əmrayi qəzanın səbəblərinin araşdırıldığını bildirib.