RU

Daha bir bələdiyyə sədrinə cinayət işi açılıb - Tender saxtakarlığı

Türkiyədə bələdiyyə sədrlərinin "ovu" davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aralarında Maltəpə şəhər bələdiyyəsinin sədri Ali Kılıçın da olduğu 32 nəfərə cinayət işi açılıb.

İttiham aktına əsasən, adıçəkilənlər 7 tender layihəsində qiymətləri şişirtməklə şübhəli əməliyyatlarla yol veriblər: "Əgər iddia təsdiqini taparsa, Ali Kılıç və digərlərinə 5 ildən 12 il 3 aya qədərə həbs cəzaı veriləcək".

Samir Musayev
MİA.AZ

Избранный
13
mia.az

1Источники