İranda Həmədan vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Azreform.info xəbər verir ki, bu barədə İranın "YJC" xəbər agentliyi məlumat yayıb.
Qəzanın Həmədan əyalətinin şimalında Kabudrahang rayonunda baş verdiyi bildirilir.
Təyyarənin iki pilotu xəsarət alıb və onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi məlum deyil.
Mürtəza
Azreform.info