Davos. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurmavə İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso iləgörüşüb.
Trend xəbər verir ki, OdileReno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsimünasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələriyüksək qiymətləndirdiklərini vurğuladı.
O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasındahəyata keçirilən bir sıra layihələrə toxunaraq, bu xüsusda Gəncəşəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Banktərəfindən maliyyələşdirilməsinə razılığın verildiyinibildirdi.
Odile Reno-Basso ölkəmizin bank sektoru ilə həyata keçirilənlayihələrin, o cümlədən kiçik və orta sahibkarlığın, qadınsahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsiüçün ayrılan kredit xətləri barədə məlumat verdi.
Ölkəmizdə həyata keçirilməsi nəzərdə tutulan vacib layihələrdəndanışan Prezident İlham Əliyev su təsərrüfatı, nəqliyyat, Bakışəhərinin inkişafı istiqamətlərində icra olunan işləri qeydetdi.
Söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həmGürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıqlayihələri və imkanları barədə müzakirələr aparıldı.
Sonra imzalanma mərasimi oldu.
Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankıarasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemininyenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri MikayılCabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterinkimzaladılar.