RU

Almaniya və Rusiyadanqorxunc iddia…III Dünya Müharibəsi başlayır - konkret tarix də açıqlandı…

Image

Alman general Kristian Freydinq Putinin NATO-ya hücum etməyə hazırlaşdığını iddia edib. O, bildirib ki, Rusiya Ukrayna müharibəsində itirdiyi silahları yerini yeni silahlarla doldurub və hətta yenidən silahlanmağa başlayıb.

Freydinq deyib ki, Rusiya müharibədə böyük itkilər verib, lakin Putinin “imperialist həvəsi” qırılmayıb. O, Putinin NATO-ya hücum etmək üçün fürsət axtardığını iddia edib.

Rusiya mediası da Moskvanın son 12 ayda ordusunu genişləndirdiyini, aktiv şəxsi heyətin sayını 1,5 milyona çatdırdığını və ordunu dünyanın ikinci ən böyük ordusuna çevirdiyini bildirib. Digər tərəfdən Rusiya Putin nüvə təhdidlərini də davam etdirir.

Rusiya Parlamentinin Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlyov bu yaxınlarda bildirib ki, Rusiya 3 il ərzində III Dünya Müharibəsinə hazır olmalıdır. O, bəyan edib ki, ölkənin kişi əhalisi 2028-29-cu illərdə Qərblə böyük münaqişəyə hazırlaşmalıdır.

“Avropa bizə 2028-2029-cu illərdə Rusiya ilə döyüşməyə hazır olacağını deyir. Burada kişi əhalini hazırlamaq və təbii ki, Vətəni müdafiə etmək lazımdır. Biz bu barədə danışmalıyıq və bundan çəkinməməliyik”, - deyə  Juravlyov bildirib.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin də bildirib ki, hər bir rusiyalı başa düşməlidir ki, xarici təcavüz halında silahlanmalı və Vətəni müdafiə etməlidir. Bununla belə, o, NATO-dan gələn təhlükənin hələ aktual olmadığını əsas gətirərək, təcili səfərbərliyə ehtiyac olmadığını deyib.

Bir müddət əvvəl dövlət televiziyasına açıqlama verən Putin “Bilirsiniz, heç kimi qorxutmağa ehtiyac yoxdur” deyərək, “Təhlükələr çoxdur və onlar artır” deyə xəbərdarlıq edib. 

“Düşmənimizin bu gün nə etdiyini görürük, vəziyyəti gərginləşdirir... Biz hər zaman istənilən təhdidə cavab verəcəyik” – deyə Putin əlavə edib.

TAHİR





Избранный
19
baki-xeber.com

1Источники