RU

"Sabah" Elvin Camalovla yollarını ayırıb

"Sabah" klubu futbolçusu Elvin Camalovla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.

İddialara görə, 29 yaşlı futbolçu "Neftçi" ilə anlaşıb. 

Qeyd edək ki, oyunçu 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu "bayquşlar"ın heyətində ümumilikdə 113 oyun keçirib.

Arif Əsədov: "Bu, "Qarabağ" üçün son şansdır" - Açıqlama

Adrian Pit: "Qarabağ" "Xəzər Lənkəran"dan fərqli olaraq, heç vaxt vaz keçmədi"

Qurban Qurbanov rumın məşqçilər barədə: "Rednikə qarşı oyunlarımız daha maraqlı olub"

Elvin Cəfərquliyev: "Çox aqressiv olmağım komandaya baha başa gəlir"

Qurban Qurbanov: "Bəzi problemlərimiz var"

Избранный
7
13
apasport.az

10Источники