RU

Elvin Camalov “Sabah”la vidalaşdı - “Neftçi”yə görə

Futbol üzrə Azərbaycan milli komandasının dayaq yarımmüdafiəçisi, “Sabah”ın kapitanı Elvin Camalov paytaxt klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi klubdan ayrılmağa qərar verib. Futbolçunun bununla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb. Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.

Xatırladaq ki, Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edirdi. O, “bayquşlar”ın heyətində 113 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Qəbələ” və “Zirə”də də oynamış yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Sonda onu da qeyd edək ki, Elvin Camalovun bundan sonra karyerasını paytaxtın digər təmsilçisi “Neftçi”də davam etdirəcək. “Ağ-qaralar”ın bu transferi ən qısa zamanda açıqlaması gözlənilir.

Избранный
15
arena.az

1Источники