RU

Tramp qayıtdı, dünya iqtisadiyyatını nə gözləyir? -

Donald Tramp yanvarın 20-də ikinci dəfə prezident kimi öz səlahiyyətlərinin icrasına başlayıb. Onun hakimiyyətə geridönüşü bir çox sahələrdə olduğu kimi, iqtisadi baxımdan da əhəmiyyətli hesab olunur. Bəs Trampın qayıdışı dünya iqtisadiyyatına necə təsir edəcək? İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Trampın gəlməsi iqtisadi baxımdan müəyyən gözləntilər yaradır: “O, ABŞ iqtisadiyyatının daha da möhkəmləndirilməsi ilə bağlı çağırışlar edib, xüsusən də ABŞ-də istehsalın genişləndirilməsi, ənənəvi istehsalçı bir ölkəyə çevrilməsi kimi məsələləri irəli sürüb. ABŞ-nin neft-qaz bazarına müdaxilə edərək, yəni özünün neft ehtiyatlarından istifadə edərək ixracı gücləndirilməsi, ölkədə fövqəladə vəziyyət elan olunaraq enerji qiymətlərinin aşağı salınması kimi iddiaları, əslində, enerji resurslarının qiymətlərinin dünya bazarında enməsi və ABŞ dollarının mövqeyinin gücləndirilməsi ehtimallarını artırır. Həmçinin Trampın çıxışlarında, bəyanatlarında Çinlə arasındakı iqtisadi münasibətlərinin daha da dərinlənməsini də izləmək olar. Xüsusən də Panama kanalına nəzarətin ABŞ-yə qaytarılması Çin ixracına da təsir göstərə bilər. Bunların hamısı qlobal səviyyədə olan böyük bizneslər üçün, eləcə də lokalsəviyyəli bizim kimi ölkələr üçün çağırışlardır”. İqtisadçının sözlərinə görə, bunları beynəlxalq səviyyədə olan təsirlərdən dolayı milli valyutaya təzyiqin artması və bununla bağlı müvafiq dövlət tədbirlərinin də görülməsi üçün çağırışlar hesab etmək olar.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
11
metbuat.az

1Источники