RU

Bir ailədən 14 nəfər ölmüşdü... - Ərdoğan onları tək qoymadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oteldəki yanğında həyatını itirənlərin dəfn mərasimində iştirak etmək üçün Boluya gedib.

Publika.az xəbər verir ki, Ərdoğan əvvəlcə həyatını itirənlərdən Gültəkin ailəsinin evinə gedərək başsağlığı verib. Daha sonra Gültəkin ailəsinin cənazə namazında iştirak etmək üçün məscidə gedib.

Ərdoğan cənazə namazından sonra açıqlama verib: “Millətimizə səbr diləyirəm. Allah vəfat edənlərə rəhmət etsin. Ümid edirəm ki, şəhidlər sinfində onların hamısının ruhu şaddır. Mehmet bəylə uzun illər ailəlikcə qardaşlığımız olub. İnşallah Rəbbim bizi öz cənnətində bir araya gətirər. Ürəyimiz, canımız ağrıyır. Ailələrə, millətimizə səbr diləyirəm”.

Qeyd edək ki, yanğın zamanı Türk Hava Yollarının əməkdaşı Zehra Səna Gültəkin və onun ailə üzvləri - əri, 3 uşağı və 9 qohumu həlak olub.

Избранный
3
publika.az

1Источники