Bakı. Trend:
Naxçıvan Muxtar Respubliaksının Culfa rayonun bir sırakəndlərinin su təchizatı və kanalizasiya sistemləriyaxşılaşdırılacaq.
Trend-in əldəetdiyi məlumata görə, söhbət Ərəzin, Bənəniyar, Əbrəqunus, Xanəgah,Göydərə, Saltaq, Camaldın, Əlincə, Xoşkeşin, Dizə, Kırna, Qızılcakəndlərindən gedir.
Belə ki, qeyd olunan kəndlərin su təchizatı və kanalizasiyasistemlərinin tikintisinin texniki-iqtisadi əsaslandırıma vəlayihə-smeta sənədlərinin hazırlanması işləri həyatakeçiriləcək.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət SuEhtiyatları Agentliyinin tabeliyində Regional Su MeliorasiyaXidməti müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını “Meliorator Layihə Tədqiqat”Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 80 240 manat ödənilib.
Qeyd edək ki, işlərin icrasının həvalə olunduğu MMC 2008-ci ildədövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olanşirkətin qanuni təmsilçisi Sultanov Nicat Akif oğludur.